İrəvan UNICEF-in ölkədəki nümayəndəsinin mandatını dayandırdı



 

Ermənistan hökuməti BMT Uşaq Fondunun (UNICEF) ölkədəki nümayəndəsi Marin Klark-Hattinqin fəaliyyət üsullarının problemli olduğunu hesab edərək mandatını dayandırıb.

Bu barədə TASS Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyana istinadən məlumat yayıb.

“UNICEF-in Ermənistandakı nümayəndəsi Marin Klark-Hattinqin iş metodologiyasında əməkdaşlığın qurulmasına heç bir şəkildə imkan verməyən ümumi çatışmazlıqlar erməni tərəfi üçün olduqca problemli idi. Buna görə də Ermənistan hökuməti Marin Klark-Hattinqin UNICEF-in Ermənistandakı nümayəndəsi kimi fəaliyyətini dayandırmağa qərar verdi. BMT-nin daimi koordinatoru və UNICEF nümayəndələri qərar barədə məlumatlandırılıb”, - deyə A.Naqdalyan bildirib.

Xatırladaq ki, Marin Klark-Hattinq 2020-ci ilin iyulunda UNICEF-in Ermənistandakı nümayəndəsi təyin edilib.