Rusiyada striptiz-klubdan qovulan gənc “Molotov kokteyli” ilə qayıtdı - FOTO/VİDEO



 

İçkili müştəri Rusiyanın Novokuznetsk şəhərindəki “Privat Pub Censored” striptiz-klubunda yanğın törədib.

“Life” portalının məlumatına görə, Dmitri adlı şəxs klubun mühafizə əməkdaşları tərəfindən qovulub. Lakin qısa müddət sonra əlində “Molotov kokteyli” ilə qayıdan 22 yaşlı gənc klubun işçilərini təhqir etməyə başlayıb və obyektə od vurub.

Klubun foyesində başlayan yanğın qısa müddət ərzində söndürülüb. Hadisənin səbəbkarı isə polis tərəfindən saxlanılıb.