Kiprin “Avroviziya”dakı mahnısı etirazlara səbəb oldu – VİDEO



 

Kiprli ifaçı Elena Saqrinunun “Avroviziya -2021”də ifa edəcəyi mahnı ölkədə etirazlara səbəb olub.

“Life” portalının məlumatına görə, “El Diablo” (Şeytan) adlanan musiqi kompozisiyası pravoslav inanclı əhalini hiddətə gətirib. Onlar iblisə həsr olunmuş mahnının ada dövlətini beynəlxalq arenada təmsil etməsini yolverilməz hesab edirlər. Bəzilərisə mahnını “qara qüvvələrin himni” adlandırırlar.

Nümayişçilər Kipr teleradio şirkətinə etiraz bəyanatı da təqdim ediblər. Sənəddə mahnının dəyişdirilməsi tələb olunur.

Etirazların insidentsiz başa çatdığı bildirilir.