Ekvatorial Qvineyada böyük partlayışlar: Ölən və yaralananlar var - VİDEO
Ekvatorial Qvineyada dörd böyük partlayış baş verib.
“Haber Global”ın məlumatına əsasən, hadisə ölkənin ən böyük şəhərlərindən sayılan Batada qeydə alınıb.
Mərkəzi Afrika ölkəsinin iqtisadi mərkəzi hesab olunan şəhərdəki partlayışların səbəbləri hələ ki məlum deyil.
Partlayışlar nəticəsində ölən və yaralananların olduğu bildirlir.
Qeyd olunur ki, hadisədən sonra şəhərdə telefon rabitəsi və internet kəsilib.
JUST IN - Equatorial Guinea's largest city #Bata rocked by several massive explosions.pic.twitter.com/uhVaZ1g1BH
— Disclose.tv