Yeni Zelandiya sahillərində güclü zəlzələ baş verib



 

Yeni Zelandiya sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verir ki, yeraltı təkanların episentri Kermadek arxipelaqı yaxınlığında, ocağı isə 80 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi yoxdur.