Sahilə toplanan çoxlu sayda köpəkbalığı insanları qorxudub - VİDEO



 

ABŞ-ın Florida ştatının sahillərində görünən çoxlu sayda köpəkbalığı yerli sakinlərin narahatlığına səbəb olub.

“Demirören Haber Ajansı” (DHA) xəbər verir ki, çimərliyə yaxınlaşan köpəkbalığı sürüsü dron vasitəsilə qeydə alınıb.

Florida Balıq və Vəhşi Təbiəti Qoruma Komissiyasının tədqiqatçıları çoxlu sayda köpəkbalığının sahilə yığılmasının səbəblərini araşdırır.