Nigeriya prezidenti canlı yayımda koronavirusa qarşı peyvənd edildi - VİDEO
Nigeriya Prezidenti Məhəmmədu Buhari COVID-19 əleyhinə vaksin vurdurub.
TASS agentliyi xəbər verir ki, prezidentin vaksinasiyası televiziyada canlı yayımlanıb.
Nigeriya prezidenti bildirib ki, onun bu addımı ölkə əhalisinin peyvəndin təhlükəsizliyinə və effektivliyinə inandırmağa xidmət edir.
M. Buhari ölkəsinin vətəndaşlarına çağırış edərək onları koronavirusdan qorumaq üçün vaksinasiyadan keçməyə dəvət edib.
President Muhammadu Buhari has received his first dose of the AstraZeneca COVID-19 vaccine today March 6#sopupdates #covid19 #covid19vacccine #muhammadubuhari #nigeria #president pic.twitter.com/d6LXYuPLqP
— Sop Updates (@sopupdates_) March 6, 2021