Sürücü avtomobilini telefon oğrusunun üstünə sürdü - VİDEO



 

Braziliya şəhərlərinin birində telefon oğrusu yoldan keçən sürücü tərəfindən vurulub.

REN TV xəbər verir ki, hadisə anbaan ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Görüntülərdə qarəti həyata keçirən şəxsin qızın öz telefonuna başı qarışdığından istifadə edərək telefonu onu əlindən alaraq velosipedi ilə oradan uzaqlaşmağa cəhd göstərdiyi əks olunub.

Bu zaman hadisənin şahidi olan sürücü avtomobilini oğrunun üstünə sürərək onu vurur.

Oğurluq hadisəsini törədən şəxs xəsarət alsa da, ayağa qalxaraq qaçmağı bacarır.