Rusiyada ekoloji fəlakət: Qəzada 10 neft çəni relsdən aşıb dağıldı - VİDEO



 

Rusiyanın Xabarovsk diyarında, Uzaq Şərq Dəmiryollarında 18 neft çəni relslərdən çıxıb.

Bu barədə “RİA Novosti” məlumat verib.

10 sistern aşıb, yanacaq sızması baş verib. Bildirilir ki, hər çəndə 61-67 ton neft var.

Hadisə nəticəsində zərərçəkənin olmadığı vurğulanıb.