Rusiyada qar uçqunu: Ölən və itkin düşənlər var - VİDEO



 

Rusiyanın Kamçatka diyarında qar uçqunu baş verib. İlkin məlumatlara görə, azı bir nəfər həlak olub.

Bu barədə “Podyom” “Teleqram” kanalı xəbər yayıb.

Qar kütləsinin altından üç nəfər çıxarılıb. Təqribən 40 yaşlarında olan kişi həlak olub. Hazırda onlar xəstəxanaya yerləşdirilib. Təbii fəlakət yerində xilasetmə işləri davam edir. Qarın altında başqa insanların da qala biləcəyi istisna edilmir.