74 yaşlı aktrisa çimərlik geyimində olan görüntüləri ilə pərəstişkarlarını heyran qoydu - FOTO
74 yaşlı amerikalı aktrisa Syuzan Luççi çimərlik geyimində paylaşdığı fotosunda bədən quruluşu ilə pərəstişkarlarını heyran qoyub.
Bu barədə görüntünü o, özünün “Instagram” hesabında paylaşıb.
Əlində kitabla çəkdirdiyi fotosunu o, “Gelmut, paparazilər yenidən hücum edəcəklər”, - deyə şərh yazıb.
Şəkli onun əri – 83 yaşlı Gelmut Huber çəkib.
Pərəstişkarları aktrisanın gənc görünüşündən heyranlıqlarını gizlədə bilməyiblər.
“Syuzan, lənət şeytana, əla görünürsən”, “İdeal”, “Necə də gözəl bədən quruluşunuz var”, “Sən çox gözəlsən”, “Zamanın qalib gələ bilmədiyi qadın”, - kimi şərhlər yazılan paylaşım 13 mindən artıq bəyənmə toplayıb.