Bayden amerikalıların növbəti yazda normal həyata qayıda biləcəklərini açıqladı



 

ABŞ Prezidenti Co Bayden bir il sonra amerikalıların koronavirus pandemiyasından əvvəlki həyat tərzinə qayıdacağına ümid etdiyini bildirib.

Bu barədə TASS məlumat yayıb.

Bayden həmçinin eks-prezident Donald Trampın dövründə pandemiya ilə mübarizə sahəsindəki yanlışları da vurğulayıb.

O, öz administrasiyasının hər zaman səhiyyə sistemindəki mövcud böhrana ciddi yanaşacağını bildirib.