Altı gündə qırx bir evə girib-çıxdı, iki yüz nəfəri koronavirusa yoluxdurdu



 

Türkiyənin Sinop şəhərində qonşular əri koronavirusdan ölən qadının evinə yas mərasiminə gəliblər.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Daha sonra tempraturu olub xəstələndiyi üçün qonşular onu öz evlərinə qonaq çağırıblar.

Altı gündə 41 evə girib-çıxan qadın şəhərdə iki yüz insanı koronavirusa yoluxdurub. Qadının koronavirus testinin müsbət çıxdığı məlum olub.

Xəstələrdən bəzilərinin öldüyü bildirilir.