Çavuşoğlu: “3+3” platformasının məqsədi regionda sülhü dayanaqlı etməkdir” - VİDEO



 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gürcüstanlı həmkarı David Zalkaliani ilə birgə mətbuat konfransı keçirib.

“Haber Global” məlumat verir ki, M.Çavuşoğlu mətbuat qarşısında çıxış edərək Azərbaycanın təklif etdiyi “3+3” platforması barədə danışıb.

Türkiyənin XİN başçısı bildirib ki, “3+3” platformasının məqsədi regionda sülhü dayanıqlı etmək və logistik, iqtisadi, enerji sahələrində layihələrlə bağlı addımlar atmaqdır.

M.Çavuşoğlu Cənubi Osetiya və Abxaziya problemləri ilə bağlı Gürcüstanın mövqeyinə hörmətlə yanaşdıqlarını bildirirək çoxtərəfli formatda danışıqların bu ölkə üçün faydalı ola biləcəyini dilə gətirib.