İŞİD terrorçuları BMT-nin Nigeriyadakı bazasına hücum etdilər



 

Nigeriyada İŞİD yaraqlıları Birləşmiş Millətlər Təşkilatı (BMT) bazasına hücum ediblər.

“Rossiya 24” xəbər verir ki, onlarla işçi bunkerə sığınıb.

Hadisə ölkənin şimal-şərqində, Borno ştatında baş verib.

Qeyd edilir ki, humanitar mərkəz tamamilə yanıb. İlkin məlumata görə, işçilərdən heç biri xəsarət almayıb.

Digər mənbələrə görə, onların əksəriyyəti əsir götürülüb. BMT hadisəni araşdırır.