Böyük Britaniyada İkinci Dünya müharibəsindən qalmış bomba partladıldı – ANBAAN VİDEO



 

Böyük Britaniyada İkinci Dünya müharibəsindən qalma aviasiya bombası partladılıb.

Ekseter şəhərində bir inşaat ərazisində fəhlələr tərəfindən aşkarlanan bir tonluq Hermann bombası Kraliyyət Donanmasının xüsusi bölmələri tərəfindən zərərsizləşdirilib.

“Haber Global” bombanın zərərsizləşdirilmək məqsədilə nəzarət altında partladılması anının görüntülərini yayımlayıb.