Nigeriyada qaçırılan 317 məktəbli qız azad olunub



 

Nigeriyada qaçırılan 317 məktəbli qız azad olunub.

Bu barədə yerli “Vanguard” nəşri məlumat yayıb.

Məlumata əsasən, qızların hamısı salamatdır. Onların qaytarılmasına görə hər hansı bir məbləğin ödənilməsi barədə məlumat verilmir.

Xatırladaq ki, dünən Nigeriyada bir qrup silahlı şəxs gecə saatlarında internat məktəbə basqın edərək 317 məktəbli qızı qaçırıb.

İnsident Nigeriyanın şimalındakı Djanqebe şəhərində baş verib.