Polisin maşınına “Molotov kokteyli” atdılar - VİDEO



 

Fransanın şimal-şərqində yerləşən Mulhouse şəhərində iki naməlum şəxs polis maşınını yandırıb.

Bu barədə “Dernières Nouvelles d'Alsace” nəşri məlumat yayıb.

Mənbə yazır ki, iki kişi polis maşınının pəncərəsini sındırıb və sonra salona “Molotov kokteyli” atıblar.

Qısa müddət sonra hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.