Bakıda təhlükəli manevr: Sürücü, yoxsa piyada günahkardır? - VİDEO



 

Bakıda minik avtomobilinin sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozub. 

Oxu.Az xəbər verir ki, bununla bağlı video sosial şəbəkədə yayılıb.

Belə ki, “Khazar” markalı avtomobilin sürücüsü Yasamal rayonunda Müzəffər Həsənov küçəsində 1.1 üfiqi nişanlanma xəttinin tələblərini pozaraq əks yola çıxıb. 

Bu zaman həmin sürücü maşını ilə yolu piyadalar üçün nəzərdə tutulmamış hissədən keçən qadını vurmaqdan son anda yayına bilib. 

Həmin görüntüləri təqdim edirik: