Bakıda qəza tıxaca səbəb oldu



 

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Oxu.Az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, paytaxtın Heydər Əliyev prospektində avtomobil qəzası baş verib.

Bu səbəbdən də hazırda prospektdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.