Xaçmazda iki azyaşlı köməksiz vəziyyətdə qalıb



 

Xaçmaz rayonunda iki nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, çağırış ünvanına cəlb olunan Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.