Bu gün Azərbaycan Televiziyasının yaranmasından 65 il ötür



 

Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb.

İlk veriliş günü ekranda mərhum sənətkarımız Nəcibə Məlikova görünüb və çıxışına “Göstərir Bakı” kəlməsi ilə başlayıb.

Həmin gün ekranda “Bəxtiyar” bədii filmi göstərilib.

Hazırda Azərbaycanda 12 ümumrespublika, 11 regional televiziya kanalı fəaliyyət göstərir. Həmçinin Azərbaycan ərazisində rəqəmsal yayımın tətbiqinə başlanıb.

Oxu.Az bayram münasibətlə televiziya işçilərini təbrik edir, işlərində uğurlar diləyir!