Cəlilabadda qəza: “VAZ 2106” sürüşüb yoldan çıxdı - FOTO



 

Cəlilabad rayonunda yol qəzası baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Musalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ 2106” markalı minik avtomobili idarəetməni itirərək yolun kənarına sürüşüb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.