Biləsuvarda piyadanı vuran naməlum sürücü hadisə yerindən qaçıb



 

Biləsuvar rayonunda yol qəzası baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Biləsuvarın Nəsimikənd kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Nəsimikənd kənd sakini, 1985-ci il təvəllüdlü Sadıqov Rauf Akif oğlunu avtomobil vurub.

İlkin məlumata görə, avtomobil hadisə yerindən uzaqlaşıb.

Yaralı Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda ona tibbi yardım göstərilir.

Faktla bağll araşdırma aparılır.