Kədərli ananın fəryadı: “İkinci qızımı da itirə bilmərəm” - FOTO/VİDEO



 

Dörd yaşlı Fəridə Çobanovanın dərdi içində əlacsız qalan anası İndira Çobanova Media.Az-ın redaksiyasına müraciət edib.

“Pul olmadan övladıma necə kömək edəcəyimi bilmirəm. Birinci övladımı itirdim, indi ikinci övladımı da itirə bilmərəm. Tam ümidsizlik içindəyəm”, - deyə o, göz yaşları içərisində bildirib.

Qadının sözlərinə görə, həkimlər azyaşlıya uşaq serebral iflici diaqnozu qoyublar.

Ancaq uşaq əslində başqa genetik xəstəlikdən əziyyət çəkir. Onu müəyyənləşdirmək üçün Bakıda klinikada genetik analiz vermək lazımdır, bundan sonra nəticələr Türkiyəyə göndərilməlidir.

“İstanbul NS” klinikasının həkimi xəstəliyin dəqiq müəyyənləşdirilməsi üçün genetik testdən (Exome sequencing - bütövlükdə ekzome ardıcıllığı) keçmək lazım olduğunu deyib. Testin qiyməti 3 500 manatdır, amma mənim bu qədər pulum yoxdur. Genetik test sayəsində dəqiq diaqnoz qoymaq və müalicəyə başlamaq mümkün olacaq. Qızımın yavaş-yavaş öldüyünə baxa bilmirəm”, - İndira Çobanova deyib.

Qeyd edək ki, bu testlər xəstənin genetik kodundakı dəyişiklikləri (variantları) aşkar etməyə kömək edən genetik testdir.

Bu variantlar genetik xəstəliklərin səbəbi ola bilər. Bütövlükdə ekzome ardıcıllığının məqsədi dəqiq diaqnoz qoymaq və ya mövcud diaqnozu təsdiqləmək üçün bütün genetik variantları tapmaqdır.

İndira Çobanova qeyd edib ki, qızı bir yaşından sonra normal inkişafdan geridə qalıb:

“Qızım sərbəst otura, yeyib-içə, başını saxlaya, danışa bilmir... Birinci uşaqdakı xəstəlik də eyni formada irəliləmişdi. Azərbaycandakı həkimlər ona uşaq serebral iflici diaqnozu qoydular. Müalicə etdik, bizi terapevtik məşqlərə göndərdilər, ancaq uşaq yaxşılaşmadı.

Nəticədə qızım 6 yaşında öldü. Birinci uşağımı itirdim və indi ikincisini də itirə bilərəm”, - İndira göz yaşları içində deyib.

Kömək etmək istəyənlər uşağın anası ilə əlaqə saxlaya bilərlər:

077 563 97 60 Çobanova İndira.

Və ya kartla pul köçürə bilərsiniz:

E-manat➡Bank xidmətləri➡Rabitabank➡Fiziki şəxs➡Hesaba mədaxil➡13343309 ⤵14 12 1996

Kartdan karta: 4189 8000 8018 4326