Sumqayıtda zirzəmidə kişi meyiti tapıldı



 

Sumqayıtda kişi meyiti tapılıb.

“Report”un xəbərinə görə, Sumqayıt şəhər 2-ci mikrorayon ərazisində yerləşən binalardan birinin zirzəmisində şəhər sakini, 35 yaşlı Fikrət Feyzullayevin meyiti aşkarlanıb.

Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. F.Feyzullayev əvvəllər məhkum olunub.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.