Ekvadorda güclü zəlzələ



 

Ekvadorda 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin episentri təxminən 5,5 min insanın yaşadığı Loja əyalətindəki Selika şəhərindən 22 kilometr qərbdə yerləşib.

Yeraltı təkanların ocağı yerin 71 kilometr dərinliyində olub.

İtki və dağıntı barədə məlumat verilmir.