Bakıda çoxillik ağacın kəsilməsinə rəsmi münasibət - FOTO/VİDEO



 

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi Sabunçu rayonunda çoxillik çinar ağacının kəsilməsinə münasibət bildirib.

Birlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, rayonun Bakıxanov qəsəbəsi, Əhməd bəy Ağayev 22 ünvanında yaşı çox olan çinar ağacının kəsilməsi ilə bağlı yayılan məlumat düzgün deyil:

“Çinar ağacı sadəcə budanıb. Vətəndaşlar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət edərək bildiriblər ki, ağac onların yaşadığı binaya təhlükə yaradıb. Bunu nəzərə alaraq, birlik tərəfindən çinar ağacı budanıb”.

Qeyd edək ki, ötən gün sözügedən ünvanda yaşı çox olan çinar ağacının kəsilməsi barədə məlumat yayılmışdı. 

İlhamə Əbülfət