Bakıda qadın işlədiyi evdən qızıl-zinət əşyaları oğurladı



 

Bakıda xadimə işlədiyi evdən oğurluq edib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. 

Verilən məlumata görə, Nəsimi rayon polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2020-ci il noyabrın 5-də rayon ərazisindəki evlərin birindən 14 800 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən həmin evdə xadimə işləyən Bakı şəhər sakini X.Həsənova saxlanılıb.