Göyçayda qəza: Xəsarət alanlar var - FOTO



 

Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə Göyçay-Ucar yolunun 9-cu kilometrliyində, rayonun Xəlitli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Göyçay istiqamətində hərəkət edən “Volkswagen” və VAZ-2107 markalı minik maşınları toqquşub.

Nəticədə hər iki sürücü - Aynur İbrahimova və Ramiz Mənmmədov, eləcə də A.İbrahimovanın idarə etdiyi “Volkswagen” markalı maşında olan üç sərnişin qəza zamanı ağır xəsarətlər alaraq, yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Hazırda fakt araşdırılır.

Dursun Tağıyeva