Samuxda yanğın olub



 

Samux rayonunun Qarayeri kəndində ümumi sahəsi 52 m² olan mağazanın yanar konstruksiyaları, bitişik ümumi sahəsi 130 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə və tavanı 14 m² sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bundan əlavə ümumi sahəsi 30 m² olan talvarın taxta atmaları 15 m² sahədə və ümumi sahəsi 40 m² olan köməkçi tikilinin dam örtüyünün taxta atmaları 2 m² sahədə yanıb.

Evin, talvarın və köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.