ATU-nun kafedra müdiri vəfat edib



 

Azərbaycan Tibb Universitetinin (ATU) Bədən tərbiyəsi və idman kafedrasının müdiri (Təbib idman klubu), professor Kamal Əkbər oğlu Kəbirlinski dünyasını dəyişib.

Bu barədə Azərbaycan Tibb Universitetinin “Facebook” səhifəsi məlumat yayıb. 

Professor Kamal Kəbirlinski 1969-cu ildən ATU-nun Bədən Tərbiyəsi və İdman Kafedrasına rəhbərlik edib.

O, yüzlərlə elmi-məqalələrin, tezislərin, monoqrafiyaların, dərslik vəsaitlərinin müəllifi olub.

Prezident təqaüdçüsü Kamal Kəbirlinski "Tərəqqi" medalına layiq görülüb.