Şəmkirdə 51 yaşlı kişi sirkə turşusu içib
Şəmkir sakini sərxoş halda içdiyi sirkə turşusundan zəhərlənib.
“Report”un məlumatına görə, Şəmkir rayon sakini, 1970-ci il təvəllüdlü İ.Hüseynov sərxoş halda sirkə turşusu içib.
O, zəhərlənmə diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Ona tibbi yardım göstərilib və hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.
Yaxınlarının dediyinə görə, o səhvən sirkə turşusu içib.
Faktla bağlı araşdırma aparılır.