Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb.
Qəza nəticəsində 1978-ci il təvəllüdlü Babayeva Samirə Miryusif qızı xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona ənsə nahiyəsinin əziyi diaqnozu qoyulub.