Daşkəsəndə avtomobil qəzası olub, xəsarət alan var
Daşkəsən rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report”un məlumatına görə, hadisə Bayan kəndində qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində, 1985-ci il təvəllüdlü Elvin Abbasov xəsarət alıb.
O, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.
Qəzanın başvermə səbəbləri araşdırılır.