Baş infeksionistdən şagirdlərlə bağlı TÖVSİYƏLƏR



 

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov məktəblərdə pandemiyanın düzgün idarə edilməsi ilə bağlı tövsiyələrini səsləndirib.

Oxu.Az-ın məlumatına görə, o bildirib ki, xüsusi karantin rejimi dövründə Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində qaydalar tətbiq olunur:

“Qaydalara əməl etməklə uşaqların təhsil zamanı koronavirusa yoluxması minimuma endirilə bilər. Bu qaydalar məktəbdəki hər bir şəxsə aiddir. Temperaturu 37-dən yüksək olanlar məktəblərə buraxılmamalı, sosial məsafə qorunmalı, şagirdlər eyni parta arxasında oturmamalıdır”.

O qeyd edib ki, qaydalar var, məktəblərdə onların hər birinə ciddi şəkildə əməl edilməldir:

“Tədbirlərin görülməsi ona görə lazımdır ki, məktəblərdə yoluxma halları qeydə alınmasın”.

İlhamə Əbülfət