Vaksinlər koronavirusun yeni ştammlarına necə təsir edir? - Baş infeksionistdən AÇIQLAMA
“Dünya üzrə koronavirusun mutasiyalarının sayı artır. Bununla nəzəri olaraq virusun xüsusiyyətləri dəyişir”.
Oxu.Az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.
Onun sözlərinə görə, qeydə alınan yeni ştammlar indiki vəziyyətdə istehsal olunan vaksinlərə tabe olurlar:
“Gələcəkdə xəstəliklə bağlı vəziyyətin necə olacağını demək çətindir. Əgər hər kəs pevləndlənsə, xəstəlik sönəcək”.
O əlavə edib ki, bugünkü peyvəndlər təsirli olmasa, yeni peyvəndlərin də hazırlanması labüd ola bilər:
“Vaksinlər tam qorumasa da, virusa yoluxan şəxs xəstəliyi yüngül keçirə bilər”.
İlhamə Əbülfət