Şirvanda avtomobilin vurduğu kişinin ayaqları sındı



 

Şirvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə şəhərin Y.Çəmənzəminli küçəsində qeydə alınıb.

Belə ki, 1954-cü il təvəllüdlü Məmmədov Alim Canbala oğlu mağazadan çıxarkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ və sol baldır sümüklərinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.