Novruzov qardaşları küçəsindəki təmir işləri niyə dayandırılıb? – VİDEO



 

Uzun müddətdir paytaxtın müəyyən ərazilərində bir çox yerlər plana salınıb. Buna səbəb isə həmin yerdəki tikililərin sökülüb yenisi ilə əvəzlənməsidir. 

Plana düşən ərazilərdən biri də Nəsimi rayonunda yerləşən Novruzov qardaşları küçəsidir.

Həmin küçədə bir müddət söküntü işləri aparılsa da, hal hazırda həmin işlər dayandırılıb. 

Həmin ərazinin sakinləri, söküntü işlərinin yarım qalmağından narazılığını bildiriblər.

Daha ətraflı Baku TV-nin süjetində: