Bakıda tutulan şəxsin başqa cinayətləri də üzə çıxdı



 

Bakıda oğurluğa görə tutulan şəxsin digər əməlləri aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, oğurluq etdiyinə görə tutulan T.Mirələmovun ətrafında Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilib.

Onun rayon ərazisindəki üç evdən ümumilikdə 6000 manat dəyərində məişət əşyaları və inşaat materialları oğurlaması da müəyyən edilib.