Bakıda 48 yaşlı kişini avtomobil vurdu



 

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, 1973-cü il təvəllüdlü İbayev Elbrus Məzahir oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona alın nahiyəsinin çapılmış yarası, diz oynağının əziyi diaqnozları qoyulub.