Qazaxda 69 yaşlı kişi intihar edib
Qazaxda intihar hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, rayonun Xanlıqlar kəndində yaşayan, 1952-ci il təvəllüdlü Tofiq Xəlilov yaşadığı evin həyətində olan yarım tikilidə özünü asaraq intihar edib.
Yaxınlarının verdiyi məlumata görə, o, uzun müddətdir xəstəlikdən əziyyət çəkirmiş.
Faktla bağlı araşdırma aparılır.