Bakı və Samux sakinlərindən tüfəng götürülüb



 

Bakı və Samux sakinlərində silah aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Türkan qəsəbə sakini N.Dünyamalıyevdən “İJ” markalı ov tüfəngi götürülüb.

Bundan başqa, Samux Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Yenikənd kənd sakini S.Mustafayevdən müvafiq sənədləri olmayan TOZ-12 markalı tüfəng aşkar edilərək götürülüb.