Koronavirusa yoluxan ABŞ konqresmeni vəfat edib



 

Koronavirusa yoluxan ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Ron Rayt vəfat edib.

Bu barədə “The Hill” nəşri məlumat yayıb.

“Konqresmen Ron Rayt 67 yaşında vəfat edib”, - parlamentin aşağı palata üzvünün nümayəndələri tərəfindən yayılan bəyanatda bildirilib.

Qeyd edək ki, Raytın COVID-19 virusuna yoluxması yanvarın sonlarında təsdiqlənib. Konqresmen həm də xərçəng xəstəliyindən əziyyət çəkib.