Rusiyada qatarla toqquşan minik avtomobilinin sürücüsü sağ qaldı - FOTO/VİDEO



 

Rusiyanın Stavrapol diyarında minik avtomobili ilə elektrik qatarı toqquşub.

“Vesti” portalının məlumatına görə, hadisə “Podkumok” stansiyası yaxınlığında baş verib.

Qəzanın səbəbkarı Cənubi Koreya istehsalı krossoverin 66 yaşlı sürücüsü olub. O, xəbərdarlıq işığının yanmasına baxmayaraq, dəmiryolunu keçməyə cəhd göstərib.

Toqquşma nəticəsində avtomobilin ön hissəsi yararsız hala düşsə də, sürücü sağ-salamat canını qurtara bilib.

Onun altı ay müddətinə sürücülük hüququndan məhrum edilməsi gözlənilir.