İstanbulda fırtına dam örtüklərini uçurdu - VİDEO



 

Türkiyədə güclü fırtına qeydə alınıb.

“Haber Global”ın verdiyi məlumata əsasən, təbii fəlakət nəticəsində İstanbulda bir sıra evlərin dam örtüyü uçub.

Bəzi bölgələrdə isə avtomobillərə ciddi zərər dəyib.

Qeyd edək ki, ölkənin meteoroloji xidməti güclü külək barədə əvvəlcədən xəbərdarlıq yayıb.