Xətai rayonunun bir sıra istiqamətlərində hərəkət məhdudlaşdırılıb - FOTO
Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsinin Xocalı və Nobel prospektlərinin kəsişməsində yerləşən hissəsində aparılan təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması fevral ayının 9-u axşam saatlarından aradan qaldırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, məhdudlaşma fevral ayının 5-dən 6-na keçən gecədən tətbiq edilib.
AAYDA sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş edir: “Müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik”.