Filippində güclü zəlzələ: Xəsarət alanlar var



 

Filippinin cənub hissəsində güclü zəlzələ baş verib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Zəlzələnin maqnitudası 6,1 bal təşkil edib. Yeraltı təkanların episentri Mindanao adasından 211 kilometr şimal-şərqdə, ocağı 44 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələ nəticəsində xəsarət alanların olduğu bildirilir.