Masallıda yol qəzası oldu: Beş nəfər yaralandı



 

Masallı rayonunun Təklə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

"Qafqazinfo" xəbər verir ki, kənd sakini Ümid  Tağıyevin idarə etdiyi 99-ZO-994 dövlət qeydiyyat nişanlı "Hundai" markalı avtomobillə,  Çaxırlı kənd sakini Namiq Cəfərovun idarə etdiyi  44-CA-448 dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı  avtomobil toqquşub.

Qəzada "VAZ-2106"nın sürücüsü Namiq Cəfərov (1973 təvəllüdlü) və sərnişinləri- Əhliman Kərimov (1962 təvəllüdlü), Leyla Kərimova (1995 təvəllüdlü ) və Aylin Kərimova (2017 təvəllüdlü ) müxtəlif dərəcəli bədən xəsarətləri ilə  Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.