Bakıda iki avtomobil toqquşdu, yeniyetmə xəstəxanalıq oldu



 

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması zamanı 2005-ci il təvəllüdlü Xudaverdiyev Sadiq Nicat oğlu müxtəlif xəsarətlər alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.